“Oyun intizamı ən yaxşı səviyyədə deyildi”
“Sabah” Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün son turunda səfərdə “Qəbələ” ilə heç-heçə (1:1) edib.
Komanda.az xəbər verir ki, matçdan sonra paytaxt klubunun məşqçisi Artur Olenin fikirlərini bildirib:
“Bu oyunda əsas heyətin bir neçə üzvünün xidmətindən məhrum idik. Bu da oyunumuza təsir etdi. Bilirdik ki, “Qəbələ” orta və irəli xətdə yaxşı oyun sərgiləyir. Buna görə, dəqiq və səhvsiz oynamalı idik. Lakin oyun ərzində bir neçə səhvə yol verdik. Oyun intizamı da ən yaxşı səviyyədə deyildi. Standart vəziyyətdən qol buraxdıq, buna baxmayaraq, hesabı bərabərləşdirməyi bacardıq. Başqa qol imkanlarımız da var idi. Ancaq dəyərləndirə bilmədik və matç heç-heçə bitdi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin