“Onun üçün çox çətin bir dövrdür” – Veynaldum
“Liverpul”un və Niderland millisinin futbolçusu Corcinyo Veynaldum açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar”ın vəziyyəti barədə danışan 29 yaşlı futbolçu, millidə və klubdakı komanda yoldaşı Vircil van Daykın zədəsi haqda da fikirlərini bölüşüb:
“İnanıram ki, Vircil ən qısa müddətdə geri dönəcək. Onun üçün çox çətin bir dövrdür. Bir futbolçunun yaşaya biləcəyi ən pis şey budur. Amma düşünürəm ki, Vircil çox güclüdür.
Hələ mövsümün əvvəlindəyik. Etiraf edək ki, bundan sonra vəziyyətin necə olacağını bilmirik. “Liverpul”dan yeni təklif alacam? Bilmirəm. İdeal formada olmağım lazımdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin