“Onun boyu qısa müddətdə 12 sm artıb”
Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Erlinq Halandın şəxsi məşqçisi hücumçunun vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, Halandın məşqçisi Borre Stinslid, futbolçunun fiziki göstəricilərini yaxşılaşdırdığını bildirib:
“Haland 15 ayda 12 kq əzələ kütləsi yığdı. İnanılmazdır. Bu, vacib idi, çünki onun boyu qısa müddətdə 12 sm artıb. Onun bədəni genetik olaraq məşqə meyllidir. O, əvvəllər bufetdə hamıdan öndə dururdu və yemək qabı dolu olurdu”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin