“Onun adına üzülürəm” – Van Dayk
Niderland millisinin müdafiəçisi Vircil van Dayk DÇ-2022 öncəsi Seneqal yığmasının hücumçusu Sadio Manenin zədələnməsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, müdafiəçi keçmiş komanda yoldaşının zədələnməsinə üzüldüyünü bildirib:
“Hər halda, onun oynayıb-oynamaması çətin olacaq. Təbii ki, Sadio ilə danışdıq. Onun zədələnməsinə üzülürəm. Biz futbolçular belə yarışlarda iştirak etmək üçün çox çalışırıq.
Sadio ölkəsi və komandası üçün çox önəmlidir. Mən dəqiq bilirəm ki, o, oynamaq üçün əlindən gələni edəcək. Ona rəğbət bəsləyirəm. Mən sadəcə ona dəstək olmaq istəyirəm”.
Mane zədə səbəbindən DÇ-2022-də Seneqal millisinin ilk oyunlarını buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin