Onu qovmaq istəmirlər

“Çelsi” rəhbərliyi komandanın İngiltərə Premyer Liqasının 24-cü turunda “Sauthempton”a məğlub olmasına (0:1) baxmayaraq, baş məşqçi Qrem Potteri istefaya göndərmək fikrində deyil.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı “The Mirror” yayıb. Klubun müştərək sahibi Todd Boeli komandanın uğursuz nəticələrinə baxmayaraq, baş məşqçi ilə yolları ayırmaq fikrində deyil.

“Çelsi” Premyer Liqada 23 oyundan sonra 31 xalla 10-cu pillədə qərarlaşıb. Fevralın 26-da “zadəganlar” “Tottenhem”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button