De Yonqu gözləyən klublar

“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” bu qış “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etməyə hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu kataloniyalılardan ayrılmaq istəyəcəyi təqdirdə, İngiltərə klubları 25 yaşlı niderlandlının transferi üçün təkliflə çıxış edəcək.

Yayda “Barsa” oyunçunu satmaq istəyirdi, lakin De Yonq özü klubda qalmağı seçib.

Yarımmüdafiəçi bu mövsüm La Liqada 9 oyun keçirib, 1 qol vurub.

“Barselona” 10 oyundan sonra 25 xalla 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button