Öncə Abanq, sonra Corceviç vurub! – VİDEO

Futbol üzrə Azərbaycan kubokunun yarımfinalı mərhələsi çərçivəsində keçirilən qalmaqallı “Zirə” – “Keşlə” oyunundan (2:3) mübahisəli epizodla bağlı yeni videogörüntü yayılıb.

Komanda.az xəbər verir ki, bu videoda əvvəlcə “Keşlə”nin futbolçusu Anatole Abanqın “Zirə”nin oyunçusu Lazar Corceviçə zərbə endirdiyi görünür.

Bundan sonra isə serbiyalı futbolçu onu təxribata çəkən rəqibini vurur. Ancaq görüşün baş hakimi Elçin Məsiyev yalnız “Zirə”nin futbolçusunu cəzalandıraraq ona qırmızı vərəqə verib, komandanın qapısına isə 11 metrlik cərimə zərbəsi təyin edib.

Xatırladaq ki, bu epizoda görə özündən çıxan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov və onun köməkçisi Eltun Yaqublu da hakimə sərt şəkildə etiraz edib və qırmızı vərəqə ilə cəzalandırılıb.

Göründüyü kimi, hakimlərin bu epizodla bağlı ədalətli qərar verdiyini iddia edənlər olsa da, əslində vəziyyətin heç də belə olmadığı göz önündədir. Hakimlər doğrudan da ədalətli olsaydılar, o zaman Abanq da bu hərəkətinə görə cəzasız qalmazdı. Bütün bunlar bir daha onu göstərir ki, AFFA Zaur Axundovun “Keşlə”sini avrokuboklara göndərmək üçün hər vasitəyə əl atır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button