“9 nömrə” axtarışında
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq növbəti transfer pəncərəsindəki planlarından danışıb.
Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, o, “Heyətdə “9 nömrə” futbolçu görmək təşəbbüsü sizə aiddir” sualını cavablandırıb:
“Bəli. Məncə, bunu hamı bilir. Sirr deyil ki, mövsüm ərzində “9 nömrə” qıtlığı yaşadıq. Doğrudur, həmin mövqe üçün oyunçularımız var. Lakin biz komandaya hücum xəttini, “ön cəbhə”ni gücləndirəcək və oyuna təsir edəcək möhtəşəm oyunçular cəlb etməliyik”.
Öncədən “qırmızı şeytanlar”ın “Napoli”nin hücumçusu Viktor Osimhenin xidmətində maraqlı olduğu bildirilirdi.
“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 60 xalla dördüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin