“Omoniya” layiqli qələbə qazandı” – Elmar Baxşıyev

“Rəqib üstün futbol nümayiş etdirdi və layiqli qələbə qazandı”.

Komanda.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Kiprdə “Omoniya”ya 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis ilk matçda daha yaxşı oynadıqlarını bildirib: “Ötən həftə keçirilən qarşılaşmada komandamdan istədiyimi meydanda görürdüm. Həmin görüşdə üstün tərəf biz idik”.

Yeni komanda olduqlarını xatırladan çalışdırıcı oyundan-oyuna iddialarını göstərəcəklərini söyləyib: “İnanıram ki, yenidən Konfrans Liqasında qüvvəmizi sınayacağıq”.

“Omoniya”nın baş məşqçisi Sofronis Avqusti isə bunları söyləyib:

“Rəqibi yaxşı təhlil etmişdik. Onların müsbət və mənfi cəhətlərini bilirdik. Qəbələdəki ilk matçda yol verdiyimiz səhvlərdən nəticə çıxardıq. Bu gün qol buraxmaya bilərdik. Amma ümumilikdə oyun çox yaxşı keçdi. Növbəti rəqib daha güclü olacaq. Buna görə də bəzi nüansları yaxşılaşdırmalıyıq”.

O, Azərbaycan təmsilçisinə daha çox qol vurmağın mümkün olduğunu, sadəcə, güclərinə qənaət etdiklərini söyləyib: “Kifayət qədər qol epizodu yaxalasaq da, yararlana bilmədik. Dayanmaq olmaz, inkişafa davam etməliyik. Hər matç bir imtahandır”.

“Qəbələ”nin asan rəqib olmadığını söyləyən Avqusti “qırmızı-qaralar”a uğurlar arzulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button