“Atletiko” İspaniya millisinin üzvü ilə danışıqlara başlayıb
İspaniya millisinin və “Leyptsiq”in yarımmüdafiəçisi Dani Olmo karyerasını vətənində davam etdirə bilər.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “Atletiko” ispaniyalı futbolçunu transfer etməkdə maraqlıdır. Artıq tərəflər ilk danışıqları aparıblar.
Olmonun müqaviləsində 60 milyon avroluq satınalma maddəsi var. Bu, iyulun 20-dək aktivləşdirilə bilər. Yarımmüdafiəçinin transferində eyni zamanda, “Bayern” və “Mançester Siti” də maraqlıdır.
26 yaşlı futbolçu İspaniya millisinin heyətində Avropa çempionu olub. O, Almaniyada keçirilən son turnirdə 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin