“Olimpiya” ilə cavab görüşünə daha ciddi yanaşmalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın “Olimpiya” (Lyublyana) komandasına qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı. Hər iki tərəfin düşünülmüş, maraqlı hücumları oldu. Bu, hələ ilk matç idi. “Olimpiya” ilə cavab görüşünə buradakından da ciddi yanaşmalıyıq. Çünki onların potensialları çox böyükdür. İstənilən vaxt təhlükəli vəziyyətlər yaradırlar. Hər an qol vurmaq qabiliyyətinə malikdirlər. Qarşıdakı 90 dəqiqədə hələ xeyli güc sərf eləməli olacağıq. Bu qələbə bizi arxayınlaşdırmamalıdır.

Matçın əvvəlində düşündüyümüz pressinqi edə bilmədik. Amma getdikcə oyunu meydanın rəqibə aid hissəsində qura bildik, pressinqimiz pis alınmadı. “Olimpiya”nı qapımıza yaxın buraxdıqda dərhal təhlükə yarada bilirdi. Qələbədə ən vacib komponent kimi bunu qeyd edərdim”.

Bu oyunu standart vəziyyətlər üzərində qurmamışdıq. Standart vəziyyətlər, oyun quruculuğu, ümumiyyətlə, bütün komponentlər üzərində hazırlaşırıq. Bu gün standart vəziyyətdən daha uğurlu yararlandıq. Deməzdim ki, oyunumuzu sırf bunun üzərində qurmuşduq. Lakin daha çox buna üstünlük vermişdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button