“Olimpiakos”a “yox” dedi, 4 milyon avronu seçir
Geridə qalan mövsümün sonunda “Vest Hem”lə müqaviləsi bitən və yeni müqavilə imzalamayan Samir Nəsri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi, “Əl-Əhli” klubunun maraq dairəsindədir. Dubay təmsilçisinin fransalı futbolçuya ildə 4 milyon məvacib ödəməklə, 3 illlik müqavilə təklif etdiyi bildirilir.
Bundan başqa, Yunanıstanın “Olimpiakos” klubu da Nəsrini heyətində görmək istəsə də, fransalı futbolçu, bu varianta müsbət yanaşmayıb.
Son mövsümü “Vest Hem”də keçirən Nəsri, iştirak etdiyi 6 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin