Oğluna Münhen adını verdi – keçmiş ”Bayern”li
“Bayern”in sabiq futbolçusu Samuel Kuffur qeyri-adi seçimi ilə hər kəsin marağına səbəb olub.
Komanda.az xəbər verir ki, keçmiş futbolçu oğluna Münhen adını verib.
O, bununla vaxtilə şərəfini qoruduğu “Bayern”in təmsilçisi olduğu şəhərə sevgisini nümayiş etdirib. Bu haqda Kuffurun özü açıqlama verib:
“Mənim oğlumun adı Münhendir. Uli Höness mütləq onu görməlidir”.
1993-2005-ci illərdə “Bayern”də oynayan Kuffur 6 dəfə Almaniya çempionu, 4 dəfə ölkə kubokunun qalibi, liqa kubokunun, Çempionlar Liqası, UEFA kuboku və Qitələrarası kubokun sahibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin