“Messinin məşqini çox bəyəndim” – Frenki de Yonq
İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Frenki de Yonq UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Borussiya” (Dortmund) ilə keçirəcəkləri oyundan əvvəl açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı futbolçu, mübarizə aparacaqları qrupla bağlı fikirlərini bölüşüb:
“Çətin qrupda mübarizə aparacağıq. Bəlkə də, bu, cari mövsümdəki ən çətin qruplardan biridir. Amma Çempionlar Liqasında hər zaman güclü rəqiblər var. Biz də növbəti mərhələyə yüksəlməyə çalışmalıyıq.
“Barselona” və keçmiş komandam “Ayaks” eyni futbol fəlsəfəsindədir. Əlbəttə ki, futbol dili fərqlidir, amma ümumilikdə arada çox fərq yoxdur. Təəssüf ki, bir müddətdir zədəli olduğuna görə Lionel Messi ilə birlikdə oynamaq üçün çox fürsət tapmamışam, amma onun məşqini çox bəyəndim. O, indiyədək gördüyüm ən yaxşı futbolçu, həm də, çox mehriban insandır”.
“Borussiya” – “Barselona” oyunu bu gün, saat 23:00-da start götürəcək.
“Barselona” F qrupunda “İnter”, “Slaviya” və “Borussiya” ilə mübarizə aparır.
Bizi Facebook-da izləyin