“O, ildə 4,5 milyondan imtina etdi” – klub prezidenti
“Napoli”nin prezidenti Aurelio De Laurentis belçikalı hücumçu Dris Mertensin komandadan gedişi haqda danışıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, Mertensin ildə 4,5 milyon avroluq məvacibdən imtina etdiyini deyib:
“O, ildə 4,5 milyondan imtina etdi. Bizə verdiyi hər şeyə görə ona təşəkkür edirəm: sevinc və nailiyyət. Amma biz öz imkanlarımıza qarşı gedə bilmərik. Biz gələcəyimiz üçün gəncləri almalıyıq”.
35 yaşlı futbolçu 2013-cü ildən “Napoli”də çıxış edirdi. Mertens ümumilikdə komandanın heyətində 295 oyun keçirib, 113 qol vurub. O, “Napoli” ilə iki dəfə İtaliya kubokunu, bir dəfə isə ölkə superkubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin