“O hərəkəti etməyə məcbur idim” – Serxio Ramos
Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”ın “Ayaks”a qalib gəldiyi oyundan sonra (2:1) UEFA-nın barəsində araşdırma başlatdığı Serxio Ramos açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyunda bilərəkdən sarı vərəqə aldığı iddia olunan “Real”ın 32 yaşlı kapitanı, bunu qəsdən etmədiyini deyib:
“Bu deyilənlərə çox təəccübləndim. Həmin epizodda səhv etməli idim, çünki başqa çarəm yox idi. Rəqib təhlükəli hücum edirdi. Cəzalı vəziyyətə düşəcəyimi bilmədiyimi desəm, yalan olar, amma o hərəkəti etməyə məcbur idim. Bəzən futbolda belə çətin qərarlar vermək lazım olur.
Vərəqələrimi sıfırlamaq istəsəydim, bunu qrup mərhələsində edərdim. “Roma” ilə oyunda qrupdan çıxmağı həll etmişdik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin