“Media ilə münasibəti yaxşıdır, nə istədiyini bilir”
“Milan”ın hücumçusu Olivye Jiru Fransa millisindəki komanda yoldaşı Kilian Mbappe haqda danışıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, PSJ-nin hücumçusunun kapitanlıq sarğısına sahib çıxmasından söz açıb:
“Kilian gələcək nəsil futbolçularla yaxşı əlaqə qurur. O, həmin nəsil arasında ən qiymətli bağdır. Media ilə münasibəti yaxşıdır, nə istədiyini bilir.
Soyunub-geyinmə otağında ictimaiyyət arasında danışdığı nitqdən daha yaxşı performans sərgiləyir. Mbappe kapitan olmaq istəyirdi. Bunu bacardı”.
36 yaşlı forvard “Atletiko”nun fransalı hücumçusu Antuan Qrizmann haqda da fikir bildirib:
“O, milli komandanı hər şeydən üstün tutur”.
Xatırladaq ki, martın 21-də Mbappe Fransa yığmasının əsas, Qrizmann isə vitse-kapitanı seçilib.
Bizi Facebook-da izləyin