“Nyukasl” “Everton”a məğlub oldu
Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, günün yeganə matçında “Everton” doğma meydanda “Nyukasl”la qarşılaşıb.
Görüşün taleyini bir qol həll edib. Meydan sahibləri 90+9-cu dəqiqədə vurduqları qolla qələbə qazanıblar.
Bu qələbədən sonra “Everton” 25 xalla 17-ci pillədə qərarlaşıb. “Nyukasl” isə 31 xalla 14-cüdür.
İngiltərə Premyer Liqası, 20-ci turun oyunu
17 mart
Everton – Nyukasl 1:0
Qol: İvobi, 90+9.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin