Tuxel: “Kantenin sağalmağa vaxtı yoxdur”
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel yarımmüdafiəçilər Nqolo Kante və Jorjinyonun İngiltərə Premyer Liqasının 36-cı turunda “Vulverhempton”a qarşı oynamayacaqlarını açıqlayıb.
Komanda.az “Çelsi”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tuxel, hücumçu Romelu Lukaku haqda da danışıb:
“Kantenin sağalmağa vaxtı yoxdur, Jorjinyo da sıradan çıxıb. Bu oyunçular növbəti matçı buraxacaqlar.
Lukaku? O böyük futbolçudur. “Everton”la qarşılaşmada meydana çıxmadı. Çünki bizdə cəmi üç əvəzetmə var idi. Təəssüf ki, Jorjinyonun əvəzinə də fasilədə başqa futbolçudan istifadə etdik”.
“Çelsi” – “Vulverhempton” matçı bu gün saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin