“Bavariya” Noyerlə nədə razılığa gələ bilmir?

Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyerə yeni müqavilə təklif etdiyini xəbər vermişdik.

Komanda.az xəbər xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilmirlər. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Münhen klubu 33 yaşlı qolkiperlə müqaviləni 2023-cü ilədək uzatmaq istəyir. Lakin alman qapıçı 2025-ci ilədək nəzərdə tutulan müqavilə tələb edir. Bundan başqa, Noyerin illik 20 milyon avrodan artıq məvacib istədiyi də deyilir.

Artıq tərəflər arasında danışıqların dayandırıldığı bildirilir.

2011-ci ildən “Bavariya”nın şərəfini qoruyan Noyerin klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button