Noyer üçün əlamətdar oyun
“Bavariya” Çempionlar Liqasının 1/8 finalının cavab oyununda “Liverpul”a məğlub olaraq, mübarizəni dayandırıb.
Komanda.az xəbər verir ki, 1:3 hesabıyla bitən görüş, Münhen təmsilçisinin qolkiperi Manuel Noyer üçün əlamətdar olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Noyer, Çempionlar Liqasında “Bavariya” formasıyla 100-cü oyununa çıxıb. Bu saya “Liverpul”a qarşı matçda çatan Noyer, ÇL tarixində həm də 100 və daha çox oyun keçirən 4-cü alman qapıçı olub.
“Bavariya” ÇL-in 1/8 finalının ilk oyununda səfərdə “Liverpul”la qolsuz bərabərə qalsa da, öz meydanında 1:3 hesabıyla məğlub olaraq, turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin