Noyer məşqlərə başladı
“Bayern”in və Almaniya millisinin qapıçısı Manuel Noyer ciddi zədədən sonra komanda yoldaşları ilə birgə məşqlərə qayıdıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı futbolçunun komanda yoldaşları Tom Ritzi Hülsman və Sven Ulrayxla məşq etdiyi bildirilir.
Xatırladaq ki, Almaniya millisi Qətərdə keçirilən dünya çempionatında çıxışını başa vurduqdan sonra Noyer dağ-xizək kurortunda istirahət edərkən ayağını sındırıb. Futbolçuya sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. O, 2022-ci il dekabrın 1-dən bəri oynamır.
Almaniyalı qolkiper 2011-ci ildən “Bayern”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin