Noyer cəzalandırıla bilər

“Bayern”in qapıçısı Manuel Noyer əks-səda doğuran müsahibə verib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, onun klubun qapıçılar üzrə məşqçisi Toni Tapaloviçin qovulması barədə səsləndirdiyi fikirlər Münhen təmsilçisinin idarə heyəti tərəfindən xoş qarşılanmayıb.

O, verdiyi müsahibə ilə “Bayern” rəhbərliyini təəccübləndirib. Bundesliqa klubu qapıçını cəzalandıra bilər.

42 yaşlı Tapaloviç 2011-ci ildən Almaniya klubunun qapıçılar üzrə məşqçisi idi. Onun “Bayern”in baş məşqçisi Yulian Naqelsmannla fikir ayrılığı yaşadığı bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button