Noyer 500-ə çatdı

“Bayern”in qapıçısı Manuel Noyer komandasının heyətində 500-cü oyununu keçirib.

Komanda.az xəbər verir ki, onun 500-cü oyunu Almaniya çempionatının 17-ci turunun “Bayern” və “Hoffenhaym”ın qarşılaşmasına təsadüf edib. Komandalar Münhendəki (Almaniya) “Allyans Arena”da oynayıblar. Manuel Noyer meydana start heyətində daxil olub.

Matçların sayına görə Noyer Bastian Şvaynştaygerə bərabərdir. Bu minillikdə yalnız Tomas Müller (685) və Filip Lam (517) “Bayern”in heyətində daha çox oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button