40 yaşına qədər oynamaq istəyir

“Bayern”in və Almaniya millisinin qapıçısı Manuel Noyer yaxın gələcəkdə karyerasını bitirmək fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı qolkiper daha 2-3 il oynamaq istəyir.

Noyer Münhen klubunun heyətində bütün yarışlarda 322 oyun keçirib və 240 qol buraxıb.

Almaniyalı futbolçu ayağı sındığı üçün uzun müddətdən sonra, oktyabrın 28-də ilk dəfə Bundesliqada “Darmştadt”la matçda iştirak edib. Münhenlilər bu görüşdə 8:0 hesabı ilə qalib gəliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button