Haland bu şərtlə “Borussiya”da qalacaq
Norveçli hücumçu Erlinq Haland “Borussiya”dan (Dortmund) ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Xəbərdə, 20 yaşlı futbolçunun meneceri Mino Rayola ilə görüşdüyü bildirilib. “Borussiya” mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanmasa, Haland komandanı tərk edəcək.
“Borussiya” Bundesliqada 43 xalla 5-ci sıradadır. Dortmund təmsilçisi Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşacaq.
Haland bu mövsüm 31 oyunda 33 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin