Norveçli idmançıdan yeni dünya rekordu

Norveçli atlet Karsten Varholm “Brilyant Liqa”nın Osloda keçirilən 4-cü mərhələsində 400 metr məsafəyə maneələrlə qaçış yarışında 29 illik dünya rekordunu qırıb.

Komanda.az xəbər verir ki, 25 yaşlı idmançı finiş xəttinə 46,70 saniyəyə çatıb. Bu nəticə 400 metr məsafəyə maneələrlə qaçışda yeni dünya rekordudur.

Bundan əvvəlki rekord amerikalı Kevin Yanqa aid idi. O, 1992-ci ildə 400 metr məsafəyə maneələrlə qaçışda finiş xəttinə 46,78 saniyəyə çatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button