Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəldi

Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Murad Məmmədov ardıcıl olaraq Kriştian Keçkemeti (Macarıstan) və Aydos Sultangaliyə (Qazaxıstan) qalib gəlib. Ayata Suzukini (Yaponiya) də məğlub edən Məmmədov yarımfinala yüksəlib.

Azərbaycanın digər idmançıları – Murad Lokyayev (97 kq) Litva, Beka Kandelaki (130 kq) isə Gürcüstan güləşçisinə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button