Norveç klubundan “Roma”ya – Rəsmi

Norveçin “Bude-Qlimt” klubunun hücumçusu Ola Solbakken “Roma” ilə müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında müqavilə 2023-cü il yanvarın 2-dən qüvvəyə minəcək. Solbakkenin “Roma” ilə müqaviləsi 2027-ci il iyunun 30-na kimi nəzərdə tutulub.

“Əlimdən gələni etməyə çalışdım və arzum gerçəkləşdi. İndi “Roma”da oynayacam. Nəhayət, bu, reallığa çevrildi. Bu klub məni heyran etdi. Mən bu layihəyə həqiqətən inanıram, ona görə də, onun bir hissəsi olmaq istədim. Öyrənmək, inkişaf etmək və nəyə qadir olduğumu nümayiş etdirmək üçün “Roma”ya keçirəm” – deyə, Solbakken bildirib.

“Roma” İtaliya A Seriyasında 15 turdan sonra 27 xalla yeddinci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button