Nihat Məmmədli Avropa çempionu oldu

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə millimizin son 2 üzvü mübarizəyə qoşulub.

Nihat Məmmədli (60 kq) 1/4 finalda macar Kriştian Keçkemetiylə qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Məmmədli finala vəsiqə uğrunda erməni Tiqran Minasyanı sınağa çəkib. Görüşün əvvəlindən sonunadək üstünlüyə sahib olan Nihat rəqibinə heç bir şans tanımayıb və tam üstünlüklə qalib gəlib – 9:0. Güləşçimiz martın 9-da finalda gürcü İrakli Cimistarişviliylə qarşılaşıb. Həmyerlimiz elə ilk hissədə qarşılaşmanın taleyini həll edib. Rəqibinə 10:0 hesabıyla qalib gələn Nihat Avropa çempionu olub.

Adəm Hacızadə (72 kq) debütdə macar Atilla Toeşmaqiylə üz-üzə gəlib. Görüş gərgin mübarizə şəraitində keçib. Rəqib güləşçi ilk hissəni 7:0 hesabıyla öndə tamamlayıb. Həmyerlimiz ikinci hissədə bu xallardan 5-nin əvəzini çıxsa da, daha 2 xal qazanmağa vaxt çatmayıb – 5:7.

Beləliklə, qitə birinciliyinə 6 idmançıyla qatılan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb. Xatırladaq ki, bir gün öncə Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button