İbrahimoviç: “Nifrət hiss etməyi xoşlayıram”
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç “Mançester Yunayted”də oynadığı vaxtları xatırlayıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, isveçli futbolçu “Mançester Yunayted”də əyləndiyini deyib:
“Bu klubu bəyəndim. Ora gedəndə hamı mənə qarşı gəldi, İngiltərədə bəyənilmədim. Üç aydan sonra bütün nifrət edənlər məni bəyənməyə başladılar, amma mən onları sevmədim. Nifrət hiss etməyi xoşlayıram, çünki içimdəki ən yaxşı cəhətləri ortaya qoyur. Mən orda əyləndim. Premyer Liqa əla liqadır, heyrətamiz atmosferi var”.
İbrahimoviç bu mövsüm A Seriyasında 23 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin