MY niderlandlı hücumçu ilə 5 illik müqavilə bağlayacaq

Niderland millisinin və “Bolonya”nın hücumçusu Coşua Zirkze “Mançester Yunayted”ə keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu müqaviləni imzalamazdan əvvəl tibbi müayinədən keçəcək. Hər şey yolunda gedərsə, Zirkze “qırmızı şeytanlar”la 5 illik müqavilə imzalayacaq.

23 yaşlı forvard 2022-ci ildən “Bolonya”da çıxış edir. O, ötən mövsüm 37 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button