Pasportunun vaxtı bitdi, toplanışa gedə bilmədi

Niderlandın PSV klubu təlim-məşq toplanışı üçün Qətərə yollanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Eyndhoven təmsilçisinin futbolçusu Bruma pasportunun vaxtının bitməsi səbəbindən komandayla birgə toplanışa yollana bilməyib.

PSV rəhbərliyi vəziyyəti düzəltmək istəsə də, qərar dəyişməyib və Bruma Niderlandda qalıb. PSV rəhbərliyinin məsələni qısa zamanda həll edəcəyi və portuqaliyalı futbolçunun da toplanışa qatılacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button