İrqçiliyə görə 1 dəqiqə susacaqlar
Niderland Futbol Federasiyası ölkə futbolunda irqçiliyi aradan qaldırmaq üçün maraqlı addım atıb.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, həftəsonu yerli çempionatın bütün oyunları 1 dəqiqəlik dayandırılacaq. Bu aksiyanın məqsədi irqçilik problemlərinə diqqət çəkməkdir.
Son olaraq Niderland 2-ci Liqasının “Den Boş” – “Ekselsior” matçında qonaq komandanın futbolçusu Əhməd Moreyraya qarşı yerli azarkeşlər irqçi davranmış və oyun dayandırılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin