Neymarla bağlı açıqlama: “Onun PSJ ilə müqaviləsi var, amma…”

Son zamanlarda adı “Real” və “Barselona” ilə yanaşı çəkilən PSJ-nin futbolçusu Neymarla bağlı açıqlama verilib.

Komanda.az Braziliya mətbuatına istinadən xəbər verir ki, futbolçunun atası, eyni zamanda meneceri olan Neymar Silva Santos, hücumçunun PSJ ilə yeni müqavilə imzalaya biləcəyini deyib:

“Neymarın PSJ-dən ayrılmaq ehtimalı demək olar ki, yoxdur. Onun adı hər transfer dövründə belə hallanır. 17 yaşından bəri vəziyyət belədir və indiyədək karyerasında cəmi iki dəfə transfer olunub. Onun PSJ ilə müqaviləsi var, amma yeni bir müqavilə üçün danışıqlar aparırıq”.

Paris təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi olan Neymar, bu mövsüm iştirak etdiyi 23 oyunda 20 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button