Neymar əlbəyaxa davada iştirak edib

PSJ-nin və Braziliya millisinin forvardı Neymar Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən gecə klubunda baş tutan əlbəyaxa davanın iştirakçısı olub.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, davanın hansı səbəbdən yaranması məlum deyil. Polislərin müdaxiləsinə ehtiyac duyulub. Braziliyalı futbolçunun sevgilisi Bruna Biankardi də hadisə yerində olub.

31 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, 2017-ci ildə İspaniyanın “Barselona” klubundan Fransa təmsilçisinə keçib.

“Sambaçı” 2022/23 mövsümündə paytaxt klubunun heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

Neymarın iki gün öncə Rio-de-Janeyro şəhərinin prokurorluğu tərəfindən cərimə edildiyi haqda xəbər vermişdik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button