Neymar üçün görüşdülər
PSJ-nin hücumçusu Neymar karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, bunun üçün “Çelsi”nin sahibi Todd Boeli bu ilin əvvəlində PSJ-nin prezidenti Nasser Əl-Xələfi ilə görüşüb. Görüşdə braziliyalı futbolçunun mümkün keçidi müzakirə olunub.
31 yaşlı “sambaçı” cari mövsümdə Liqa 1-də PSJ-nin heyətində 20 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin