PSJ Neymardan qurtulmaq istəyir

PSJ yayda braziliyalı hücumçusu Neymarı sata bilər.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, parislilər 2022-ci ilin yayında “sambaçı” üçün ciddi təklif alacağı təqdirdə, onu buraxmağa hazır idi. Futbolçunun özü klubdan getməyə müsbət yanaşmır.

Fransa çempionatının 23-cü turunun “Monako” – PSJ (3:1) görüşündən sonra Neymar paytaxt təmsilçisinin idman direktoru Luis Kamposla mübahisə edib.

31 yaşlı braziliyalı 2017-ci ilin yayından Liqa 1 təmsilçisində çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.

O, bu mövsüm PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 27 oyuna çıxıb, 17 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button