“Neymar? Bu, daha çox jurnalistlərin məsələsidir” – “Barselona” rəsmisi

“Barselona”nın direktoru Mateu Alemani Neymarın PSJ-dən “Barselona”ya qayıtma ehtimalını dəyərləndirib.

Komanda.az “Sport.es”-ə istinadən xəbər verir ki, klub rəsmisi hələ heç nəyin bəlli olmadığını bildirib:

“Vəziyyət olduğu kimidir və biz bütün diqqətimizi mövsümün başlamasına, oyunçuların qeydiyyatına yönəltmişik. Mən nikbinəm və inanıram ki, bütün oyunçuları bazar gününə qədər qeydiyyatdan keçirə biləcəyik.

Neymar? Bu, daha çox jurnalistlərin məsələsidir”.

Neymar 2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə keçmişdi. Bu müddətdə o, 173 oyuna çıxıb, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button