Neymar “Barselona”ya qayıdacaq? – Açıqlama

İspaniya və Fransa mətbuatı PSJ-nin hücumçusu Neymarın yay transfer pəncərəsi dövründə “Barselona”ya qayıdacağını iddia edir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Xosep Maria Bartomeu məsələylə bağlı açıqlama verib:

“Növbəti mövsümə hazırlıqlarımıza indidən başlamışıq. Transfer etmək istədiyimiz bir neçə futbolçu var. Ancaq Neymar bu siyahıda yoxdur.

Onlarla danışmamışam. Nə Neymar, nə də atası, onun “Barselona”ya qayıtması üçün mənə zəng vurmayıblar”.

2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer edilən Neymar, bu mövsüm 23 qarşılaşmada iştirak edərək, 20 qol vurub.

Hazırda zədəli olan braziliyalı hücumçunun aprel ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button