Neymar ayrılmaq fikrində deyil
PSJ-nin hücumçusu Neymar klubdan ayrılmaq fikrində deyil.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı braziliyalı karyerasını PSJ-də başa vurmaq niyyətindədir.
Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Ona görə də, onu başqa kluba keçməyə razı salmaq üçün çox böyük təklif lazım olacaq.
Neymar fevralın 19-da, Fransa çempionatının “Lill”lə oyununda (4:3) ciddi zədələnib. Hücumçu əməliyyat olunub və onun 3-4 aya yenidən yaşıl meydana qayıtması gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin