Neymar: “Ançelottini Braziliyada görmək istəyirik”

PSJ-nin hücumçusu Neymar “Real”ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisinə rəhbərlik edəcəyi ilə bağlı yayılan xəbərləri şərh edib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, brazilyalı futbolçu, italiyalı mütəxəssisi millinin “sükanı arxasında” görmək istədiyini deyib:

“Bilirəm ki, o, milli komandanın planlarına daxil edilib, federasiya prezidenti ona arxalanır və biz futbolçular da onu Braziliyada görmək istəyirik. Mən, Vinisius Junior, Eder Militao… Biz onu artıq tanıyırıq, böyüklüyünü başa düşürük. Ançelottinin komandamızda olması çox vacib olacaq. Amma hələ heç nə təsdiqlənməyib. Ümid edirik ki, o, “Real”la müqaviləsinin sonunda milli komandaya rəhbərlik edəcək”.

Ançelottinin 2024-cü ilin yayında Braziliya komandasına rəhbərlik edə biləcəyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button