“Ten Haq daha bir neçə ay “Mançester Yunayted”də qalacaq” – Keçmiş futbolçu

“Mançester Yunayted”in keçmiş futbolçusu Qari Nevill “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın gələcəyi ilə bağlı proqnozunu bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Nevill, Ten Haq üçün çətin vaxt olduğunu və təzyiqin yalnız artacağını bildirib:

“Bu, Ten Haq üçün çətin vaxtdır, təzyiq yalnız artacaq. Amma inanıram ki, yeni ildən əvvəl təzyiq bitəcək. Bu barədə heç bir şübhəm yoxdur. Ten Haq daha bir neçə ay burada qalacaq və klub fövqəladə qərarlar qəbul etməyəcək”.

“Mançester Yunayted” İngiltərə çempionatının 3-cü turunun oyununda “Liverpul”u qəbul edib. “Qırmızı şeytanlar” 0:3 hesablı məğlubiyyətə üzülüb.

Ten Haqın komandası Premyer Liqada 14-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button