Laloviç yenə prezident seçildi

Nenad Laloviç növbəti dəfə Dünya Güləş Birliyinin (UWW) prezidenti seçilib.

Komanda.az xəbər verir ki, bu barədə UWW-nin rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, seçkilər qurumun Serbiyanın paytaxtı Belqraddakı konqresi zamanı baş tutub.

Serbiyalı funksioner 2013-cü ildən Dünya Güləş Birliyinə rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button