“Neftçi”nin “Səbail”lə matçda xal itirməsini arzulamıram” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən oyundan sonra bunları söyləyib:
– Maraqlı oyun oldu. Əfsuslar olsun ki, qalib gələ biımədik. Xeyli sayda qol epizodumuz oldu, ancaq istifadə edə bilmədik. Bir xal qazandıq, iki xal itirdik. Çempionatda belə xal itkiləri olacaq. Qarşıda çəti oyunlar gözləyie.
– Araz Abdullayevi əvəzedici komandaya göndərməyinizin səbəbi nə idi?
– Performansından narazı idim. Ona görə göndərmişəm.
– Coşqun Diniyevdən bu cür oyun gözləyirdizmi?
– Hər hansı bir fikir səsləndirmək düzgün olmaz. Futbolda belə amillər olur. Komandadan gedən futbolçu, əvvəlki komandasına qarşı yaxşı hazırlaşır.
– Əvəzetmə etməməyinizin səbəbi nə idi?
– Hücum xətti üçün iki futbolçu var idi. Abdullah Zubir və İnnosent Emeqara. Zubirin zədəsi var idi. Ağrıları olduğu üçün meydana buraxa bilmədik. Oyunun bitiminə az qalmışdı. Oyun ritmimiz pozulmasın deyə, Emeqaranı oyuna buraxmadım.
– Qış fasiləsindən sonrakı “Qarabağ” sizi nə qədər razı salır?
– Daha da yaxşı oyun göstətməyə çalışırıq. Ayrı-ayrılıqda hər futbolçunun da performansı yaxşı olmalıdır. Çox istərdim ki, 4 turdan sonra 12 xal toplayaq. Razı qaldığım oyunlar da var, qalmadığım da.
– “Neftçi”nn “Səbail”lə matçda xal itirməsini arzulayırsızmı?
– Xeyr. Öz oyunumuzun yaxşı olmasını arzulayıram. Öz oyunumuza fikir veririk. Bütün oyunların bol qollu və maraqlı keçməsini istərdim.
– Musa Qurbanlını nə vaxt əsas heyətdə görmək olar?
– Deyə bilmərəm. Hələ tezdir. Bilmək olmaz ki, əsas heyətə layiq olacaq, ya yox. Qol vurmaq o demək deyil ki, böyük futbolçudur.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin