“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlandı
“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlanıb.
Komanda.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli və müdafiəçi Azər Salahlı bərpa prosesi keçir. Bir həftədən sonra Azərbaycan millisinin üzvünün gips sarğıları açılacaq və fizioterapiya başlanacaq. Meza Kollidə isə artıq bu proses start götürüb və o, hələlik yüngül hərəkətlərlə kifayətlənir.
Ötən tur “Sumqayıt”la oyunda (3:0) zədələnən Vato Arveladzenin, həmçinin bir həftə öncə məşqdə çiynindən xəsarət alan Rza Cəfərovun müalicəsi davam edir.
Kenni Sayefin isə gözaltı çuxurunda əzilməyə bağlı qansızma müşahidə olunsa da, israilli oyunçu komanda ilə məşqlərə qoşulub. O, “Qəbələ”yə qarşı Premyer Liqanın 6-cı tur matçında oynaya biləcək.
Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Bizi Facebook-da izləyin