“Ən böyük arzularımdan biri Braziliya millisində oynamaqdır” – “Neftçi”nin yeni transferi

“Neftçi”nin yeni transferi Rener Alves de Souza klubun televiziyasına açıqlama verib.

Komanda.az xəbər verir ki, 19 yaşlı müdafiəçi, “Neftçi”ni seçmə səbəbini də deyib:

“Neftçi”yə menecerim vasitəsilə gəlmişəm. Təklif alandan sonra klub haqqında maraqlandım. Öyrəndim ki, ölkənin ən zəngin tarixə malik klubudur, güclü komandadır. Bu isə təklifi qəbul etməyimdə kömək oldu.

“Neftçi” Avropada ilk klubumdur. Avropa Liqasındakı çıxışımızdan çox şey gözləyirəm. İnanıram ki, komanda şəklində yaxşı hazırlaşacaq və qarşıya qoyulan məqsədlərə çatacağıq.

Əsas məqsədim öz üzərimdə çalışmaq və mövsümboyu yüksək səviyyədə çıxış etməkdir. Ən böyük arzularımdan biri isə Braziliya milli komandasında oynamaqdır. İstəyimə çatmaq üçün dayanmadan çalışmalıyam”.

“Neftçi” Renerlə 2+1 şərtiylə müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button