“Neftçi”nin yeni idman direktoru komandanın üzvləri ilə görüşdü

“Neftçi” Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir.

Komanda.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün “Neftçi” Futbol Mərkəzində baş tutan növbəti məşqdən əvvəl klubun yeni idman direktoru Yens Andersson komandanın üzvləri ilə görüşüb, qarşıdan gələn oyunda onlara uğurlar arzulayıb.

Zədəlilər Emil Balayev, Eddi İsrafilov və Andre Şinyaşikidən başqa, bütün futbolçuların qatıldığı hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

“Neftçi” – “Sabah” matçı oktyabrın 29-da, saat 18:30-da “Neftçi Arena”da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button