“Neftçi”nin sabiq futbolçusu Yunanıstan klubunda

“Neftçi”nin sabiq futbolçusu Mateo Mujekin yeni komandası məlum olub.

Komanda.az xəbər verir ki, 24 yaşlı müdafiəçi “AE Larissa” klubuna keçib. Bu barədə Yunanısatan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xorvatiyalı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.

Mujek, 2017-ci ilin iyulunda “Neftçi”yə keçib. O, Bakı təmsilçisi ilə 2018-ci ilin fevralında yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button