“Neftçi”nin rəqibi Qazaxıstan millisinin üzvünü transfer edib

“Neftçi”nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Türkiyə “Beşiktaş”ı Qazaxıstan millisinin futbolçusu Baxtiyor Zaynutdinovu transfer edib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın ÇSKA (Moskva) klubunda çıxış edən yarımmüdafiəçi ilə hərtərəfli razılıq əldə olunub.

Transfer İstanbul nəhənginə 4,5 milyon avroya başa gələcək. 25 yaşlı futbolçu özü isə yeni klubu ilə 4 illik müqavilə imzalayacaq. Zaynutdinov “Beşiktaş”da yerli statusda oynayacaq. Çünki cari mövsümdən tətbiq edilən qaydalara görə, türkdilli ölkələrin bir futbolçusu Türkiyə klublarında əcnəbi sayılmayacaq.

“Neftçi” ilə “Beşiktaş” avqustun 17-də İstanbulda cavab oyununa çıxacaqlar. Bakıdakı ilk görüşdə Türkiyə klubu 3:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button